
Dünən gecə Bakının Nərimanov rayonu ərazisində sümükləri sınıq, qan içərisində kişi meyiti tapılıb.
Milli.az-ın məlumatına görə, 33 yaşlı Rafiq Əmirquliyevin Ağa Nemətulla küçəsi 78 ünvanında aşkarlanıb.
Saytın hüquq-mühafizə orqanından əldə etdiyi məlumata görə, SOCAR-da menecer işləyən R.Əmirquliyev özünü yaşayış binasından atıb.
R.Əmirquliyevin özünə qəsd etməsinin səbəbi cibindən çıxan məktubda yazılıb. O, məktubda külli miqdarda borcu olmasından, ailəsinin onu atıb getməsindən tutmuş içkiyə qurşanmağına, bərbad həyat sürməsinə qədər bir çox şeyləri qeyd edib.
Prokurorluqdan bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
.