
Gürcüstan DİN iyulun 31-nə keçən gecə Tiflisdə Moskva prospektində (Tiflis ətrafı) SOCAR yanacaqdoldurma stansiyasının mağazasına basqın olunmasını təsdiqləyib.
Oxu.az "Sputnik-Georgia”ya istinadən xəbər verir ki, naməlum şəxs soyuq silahla hədə-qorxu gələrək, mağazadan 800-900 arası lari (350-390 dollar) çıxarıb.
"Hadisə gecə baş verib. Təfərrüatlar dəqiqləşdirilmir”, - DİN mətbuat xidmətinin əməkdaşı jurnalistlərə bildirib.
İstintaq "qarət” maddəsi üzrə aparılır, bu maddəyə görə beş ildən yeddi ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
.