SOCAR və "Qazprom" şirkətləri Rusiyadan Azərbaycana illik qaz nəqlini 3-5 mlrd. kubmetr artırılması ilə bağlı danışıqlar aparır. "APA-Economics" RNS-ə istinadən xəbər verir ki, bu barədə SOCAR-ın Rusiyadakı nümayəndəliyinin rəhbəri Fərid Cəfərov bildirib.

Onun sözlərinə görə, hazırda tərəflər arasında bununla bağlı müzakirələr aparılır.
Xatırladaq ki, 2016-cı ilin yayında "Qazprom"un rəhbəri Aleksey Miller bildirib ki, SOCAR Rusiya şirkətindən əlavə olaraq 3-5 mlrd. kubmetr həcmində təbii qaz almaqda maraqlıdır. Bundan əvvəl isə şirkətlər illik 2 mlrd. kubmetr həcmində təbii qazın nəqli ilə bağlı razılığa gəliblər.
SOCAR Xəzər dənizinin Rusiyaya aid olan hissəsində geoloji kəşfiyyat işlərinin aparılması üçün lisenziya almaqda maraqlıdır.
Bu barədə də SOCAR-ın Rusiyadakı nümayəndəliyinin rəhbəri Fərid Cəfərov bildirib.

"Xəzər dənizinin Rusiya akvatoriyasında, ola bilər ki, mümkündür", - deyə o jurnalistlərin müvafiq sualına cavab verib.
.