"SOCAR Turkey Energy" şirkəti "Petkim Holding"də olan iştirak payının 13%-ni 1,3 mlrd. ABŞ dollarına beynəlxalq investorlara satıb.
"Report" xəbər verir ki, bunu ABŞ-ın "Goldman Sachs" (GS) və "JP Morgan" (JPM) banklarının birgə yaratdığı "Goldman Sachs International" investisiya şirkəti alıb.
Bu qiymətə "Goldman Sachs International" şirkəti "SOCAR Turkey Energy"dən "Petkim Holding"də təxminən 8% pay (890,6 mln. ədəd səhm) alıb.
Qeyd edək ki, bundan öncə "SOCAR Turkey Energy"nin "Petkim Holding"də payı 61,32% olub.
.
