Bazar ertəsi axşam saatlarından çərşənbə axşamı səhər saatlarınadək Moskva regionu istiqamətində 237 pilotsuz uçuş aparatı (PUA) uçub.
"Report" xəbər verir ki, bu barədə Rusiya mediası Moskva meri Sergey Sobyaninə istinadən məlumat yayıb.
"10 avqust saat 20:30-dan 11 avqust saat 08:30-dək olan müddətdə Moskva regionu istiqamətində 237 PUA uçub. Onların böyük hissəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib", - o bildirib.
Sobyanin əlavə edib ki, qeyd olunan müddət ərzində Moskvaya yaxınlaşarkən 13 PUA vurulub.
Zərərçəkənlər və ya dağıntılar barədə məlumat yoxdur. Gecə saatlarında Vnukovo, Domodedovo və Jukovski hava limanları reysləri razılaşdırılmış qaydada qəbul edib və yola salıb, hazırda bütün məhdudiyyətlər aradan qaldırılıb.
.
