Slovakiyanın hakim partiyası “İstiqamət – Sosial Demokratiya” Ukraynanın NATO-ya daxil olması planlarını dəstəkləməyəcək.

Bunu respublikanın baş naziri Robert Fiko “TA-3” telekanalına deyib.

“Yəqin ki, Ukraynanın NATO-ya dəvətinin qarşısını almaq mümkün olmayacaq, lakin sonra ratifikasiya məsələsi parlamentdə həll olunacaq. Mən öz və rəhbərlik etdiyim partiyanın adından deyirəm ki, biz bu ideyanı dəstəkləməyəcəyik”, - deyə Fiko telekanalda danışıb.

Onun sözlərinə görə, bu yaxınlarda münaqişənin həlli ilə bağlı planını təqdim edən Ukrayna prezidenti Vladimir Zelenski Slovakiyanın bu mövqeyindən xəbərdardır. Baş nazir Zelenskinin irəli sürdüyü qələbə planını tamamilə qeyri-real adlandırıb.

.