Slovakiya iqlim dəyişikliyi ilə mübarizə məsələlərində birliyə nail olmağa çalışır və “yaşıl keçid”də fəal iştirak edir.
Bunu Slovakiya Prezidenti Peter Pelleqrini Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində bildirib.
"Biz 1990-cı illə müqayisədə emissiyaları 50 faiz azaltmışıq. Plan və hədəfimiz 2030-cu ilə qədər bu emissiyaları 55 faiz azaltmaqdır", - o vurğulayıb.
Prezident qeyd edib ki, konfrans çərçivəsində çoxsaylı tərəflərlə əməkdaşlıq etmək imkanı var: "Düşünürəm ki, hamı bu tədbirdə iştirak etməlidir, çünki hər bir ölkə sahəsindən asılı olmayaraq iqlim dəyişikliyi problemi qarşısında çox kiçikdir", - Prezident bildirib.
P.Pelleqrini həmçinin COP29-un təşkilindən məmnunluğunu ifadə edərək, Bakıda çox müsbət atmosfer hiss etdiyini söyləyib.
.