Yenizaman.az "İnterfax" agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna ordusu ölkənin şərqində silahlı şəxslər tərəfindən nəzarətə götürülmüş Slavyansk şəhərinə həmlə edib. Hava və qurudan hücuma keçən ordu qüvvələri yerli döyüşçülərin gücülü müqaviməti ilə qarşılaşıb.
Belə ki, Ukrayna ordusunun bu dəqiqəyə qədər "Miq-24" tipli helikopterini itiridiyi açıqlanıb. Helikopteri idarə edən pilot isə silahlılar tərəfindən girov götürülüb.
.