Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Siyavuş Əşrəf oğlu Kərimiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.