Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri Prezident İlham Əliyevi 60 illik yubileyi münasibəti ilə təbrik ediblər.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, "Azərbaycan Mübarizləri" Partiyasının sədri Səadət Müslümov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Demokrat-İdrak Partiyasının sədri Osman Əfəndi, "Qorqud" Partiyasının sədri Firudin Kərimov, Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, "Yeni Zaman" partiyasının sədri Musa Ağayev, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov, Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov, Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov dövlət başçısına təbrik məktubu ünvanlayıblar.

Onlar ölkə prezidentini təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıblar.

.