Siyasi partiyaların maliyyə hesabatının forması və qaydası hazırlanacaq.

Bu, Baş nazir Əli Əsədovun müvafiq sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ilə razılaşdırmaqla, siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin Qanunda nəzərdə tutulmuş hallar barədə məlumatların təqdim edilməsi qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Maliyyə Nazirliyinə Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) və Mərkəzi Seçki Komissiyası ilə razılaşdırmaqla, siyasi partiyanın maliyyə hesabatının formasını, məzmununu və təqdim edilməsi qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

.