Siyasi partiyalar ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə məşğul ola biləcək.

Bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında bu maddə əksini tapıb.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, siyasi partiyalar ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı istisna olmaqla, siyasi partiya sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul ola bilməz. Nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin Media haqqında” qanuna uyğun olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq) məqsədləri üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.

Qanun layihəsinin əvvəlki redaksiyasına əsasən, siyasi partiya ümumiyyətlə, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzdi.

Partiyaların yerli təşkilatları üçün 100 üzv tələb olunmayacaq

Siyasi partiyaların yerli təşkilat yaratması üçün 100 üzv tələbi aradan götürülür.

Bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında bu maddə əksini tapıb.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, yerli təşkilatın statusu Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxsin filialı statusuna bərabər tutulur.

Qanun layihəsinin əvvəlki redaksiyasına əsasən, yerli təşkilat siyasi partiyanın azı 100 üzvündən ibarət olmaqla müvafiq inzibati ərazi vahidində formalaşdırılmalı idi.

.