Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 20-ci sahə istiqamətində avtomobil yolunun keçdiyi ərazidə yamacın yuxarı hissəsində baş verə biləcək torpaq sürüşməsi təhlükəsi ilə bağlı aidiyyəti qurum tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət daxil olub.
AAYDA-dan verilən məlumata görə, müraciət nəzərə alınaraq, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan yamacın aşağı hissəsindən keçən avtomobil yolunun müvəqqəti olaraq bağlanması barədə qərar qəbul edilib.
Hazırda yolda hər-hansı problem yoxdur, yamacın yuxarı hissəsi isə aidiyyəti qurumlar tərəfindən nəzarətdə saxlanılır.
.
