
"Drujba" neft kəmərindəki problemlər aradan qaldırıldıqdan sonra Rusiyadan Macarıstana neft tədarükü bərpa edilib.
Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto sosial şəbəkədəki səhifəsində məlumat verib.
"Pilotsuz təyyarənin hücumu nəticəsində dəymiş ziyanı aradan qaldırılıb və “Drujba” kəməri ilə Macarıstana xam neftin nəqli bərpa edilib”, - o bildirib.
Xatırladaq ki, martın 11-nə keçən gecə “Drujbı” ölçmə stansiyası PUA-nın hücumuna məruz qalıb.
"Drujba" neft kəməri Samara vilayətindən Belarusun Mozır şəhərinə qədər uzanır. Buradan şimal və cənub qollarına bölünür. Şimal xətti Polşadan Almaniyaya keçir.
.