Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı neft embarqosu təklifi Macarıstan iqtisadiyyatını məhv edəcək.

Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto "Facebook"da videomüraciətində deyib.

“Aİ-nin Rusiyaya qarşı neft sanksiyaları təklifi Macarıstan iqtisadiyyatını məhv edəcək və bu embarqonun Macarıstan üçün yaradacağı böyük problemlərə həll yolu təklif edilmir”, - Siyarto bildirib.

O qeyd edib ki, indiyə qədər aparılmış danışıqlardan sonra Avropa Komissiyasının həll yolu yoxdur, ona görə də neft embarqosuna dair razılaşmanın yeganə yolu bu olardı ki, o, dəniz neft daşınmalarına şamil edilsin və Rusiya neftinin boru kəmərləri ilə daşınması tamamilə istisna edilsin.

.