"I İstanbul Enerji Forumu" çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin enerji nazirləri ilə Avropanın enerji təhlükəsizliyi məsələsini müzakirə edəcək.
O bu barədə feysbuk səhifəsində yazıb.
P.Siyarto qeyd edib ki, ABŞ-nin Rusiyanın "Qazprombank"ına qarşı sanksiyaları Mərkəzi Avropanın bir sıra ölkələrinin enerji təhlükəsizliyini təhlükə altına alır: "Bu, Mərkəzi Avropanın bəzi dövlətlərinin enerji sahəsində təhlükəsizliyini təhlükə altına almaq üçün şüurlu cəhddir".
O bildirib ki, Macarıstan hökuməti bu cür sanksiyalara baxmayaraq, ölkənin enerji resursları ilə təchizatını təmin edir.
.