Avropa İttifaqı (Aİ) Albaniyanın təşkilata üzvlüyü ilə bağlı danışıqlara başlayıb.
Yenizaman TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Lüksemburqda Albaniyanın baş naziri Edi Rama ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Albaniya üzvlük danışıqları meyarlarına tam cavab verir və onun Aİ-yə qəbulu birliyin bütün üzvlərinin xeyrinə olacaq. “Biz bütün Qərbi Balkan dövlətlərinin Avropa İttifaqına qoşulması prosesini sürətləndirməliyik”, - P.Siyarto bildirib. O, Macarıstanın 2024-cü ilin ikinci yarısında Avropa Şurasına sədrliyi dövründə bunu əsas vəzifələrdən biri hesab etdiyini təsdiqləyib.
Eyni zamanda, nazir bunun uzun və çətin proses olacağını bildirib.
Albaniyanın Aİ-yə daxil olması üçün heç bir dəqiq vaxt müəyyən edilməyib, danışıqlar illərlə davam edə bilər. Ölkə 2014-cü ilin iyun ayında Aİ-yə üzv olmaq üçün rəsmi namizəd statusunu alıb. Avropa İttifaqı Şurası 2020-ci ilin martında Albaniyanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasına razılıq verib. Aİ 2022-ci ilin iyulunda Albaniya ilə danışıqlara başlayıb.
.