Brüssel Gürcüstanla münasibətlərdə ikili standartları rəhbər tutur.

TASS xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Antalya Diplomatiya Forumu çərçivəsində bildirib.

"Brüsselin Tbilisiyə münasibəti bizim xoşumuza gəlmir. Biz Avropa İttifaqının ikili standartlar olmadan ədalətli hərəkət etməsini istəyirik", - P.Siyarto bildirib.

O, ABŞ-də Donald Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra beynəlxalq siyasətin qarşılıqlı hörmət və praqmatizmə qayıdacağına ümidvar olduğunu bildirib.

P.Siyarto ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bağlanmasından məmnunluğunu bildirib. "Bu, başqa ölkələrin daxili işlərinə müdaxilə edən təşkilatların maliyyələşdirilməsini əhəmiyyətli dərəcədə azaldacaq", - Macarıstan XİN başçısı izah edib.

.