Şirvanda sərnişin avtobusu alışıb yanıb.
Hadisə dünən günorta saatlarında baş verib. "Qarasu" şirkətinə məxsus avtobus texniki nasazlıq ucbatından alovlanıb.
Hadisə yerinə yanğınsöndürənlər çağrılıb. Ancaq onlar gələnədək mühərrikdən başlayan alov şiddətlənib və nəqliyyat vasitəsinin digər hissələrini də bürüyüb.
Yanğınsöndürənlər ərazidə təhlükəsizlik tədbiri görməklə yanğını söndürüblər. Ancaq avtobus tamamilə yararsız hala düşüb. (Xeberoxu.com)
