 
                            Şirvanda avtomat tapılıb.
Bu barədə Yenizaman Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı 1 ədəd avtomat aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
. 
                        
                        
 
                     
                    