Şirvan şəhərində intihar hadisəsi baş verib. 

Teleqraf.com xəbər verir ki, Şirvan şəhər sakini 1991-ci il təvəllüdlü Ülvi Mirzəyev özünü asaraq ölüb. 
 
Meyiti ailə üzvləri hamamda aşkar ediblər. Özünəqəsdin səbəbləri bilinmir. 

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
.