2020-ci ildə dünyada nüvə başlıqlarının sayında ümumi azalma olsa da, raketlərə yerləşdirilmiş və əməliyyat qüvvələri olan bazalarda yerləşdirilən nüvə döyüş başlıqlarının sayı artıb.

Bu barədə SIPRI-nin (Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu) aid hesabatında bildirilib.

Hesabata görə, 2021-ci ilin əvvəlində 9 nüvə ölkəsində - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreyada ümumilikdə 13 080 nüvə silahı başlığı qeydə alınıb. 2019-cu ildə bu rəqəm 13 400 olub.

Nüvə başlıqlarının sayının azalmasına baxmayaraq, əməliyyat qüvvələrinə inteqrasiya etmiş nüvə silahı başlıqlarının sayı 3720-dən 3825-ə yüksəlib. Bunların təxminən 2000-i ABŞ və Rusiyaya məxsusdur ki, bu başlıqlar əməliyyat həyəcanı vəziyyətində saxlanılıb.

ABŞ və Rusiya 2020-ci ildə köhnəlmiş nüvə döyüş başlıqlarını sökərək ümumi nüvə silah ehtiyatlarını azaltsa da, hər iki ölkə 2021-ci ilin əvvəlində ötən ilin əvvəlinə nisbətən əməliyyat qüvvələrinə inteqrasiya etmiş nüvə silahı başlıqlarının sayını artırıb. SIPRI əməliyyat qüvvələrinə inteqrasiya etmiş nüvə silahı başlıqlarının sayının 50 olduğunu bildirib.

.