Məşhur cütlük Sinem Kobal və Kenan İmirzalıoğlu Karaköydə görünüblər.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, onlar yenə də jurnalistləri görüncə qaçmağa çalışıblar.
"Ailələr tanış oldu, yaxın zamanda toy ola bilər?" sualının qarşılığında Kənan "Gecəniz xeyrə qalsın, dostlar" deyərək uzaqlaşıb.
Qeyd edək ki, aktyor Sinemlə sevgili olduğundan bəri obyektivlərə göründüyü hər an aqressiv davranışları ilə diqqət çəkib. "İmkan verin, həyatımızı yaşayaq" deyən K.İmirzalıoğlu məhz buna görə tənqid olunub. Türkiyənin məşhur bloqqeri aktyoru keçən dəfə belə tənqid etmişdi:
"Sən şəhərin ortasında sevgilinlə görüş, amma səni heç kim çəkməsin? Bağışlayın, amma işimiz budur, başqa dünyada yaşamırsınız. Kimsə sizin evinizə girib fotonuzu çəkmir və ya sevgili olduğunuzu yaandan demir. Özünüz gizlətmədiyini münasibətin fotosundan niyə bu qədər narahatsınız? Hər gün kamera qarşısında olan bir insanın belə deməsi çox ayıbdır".



.