Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanda akkreditə olunmuş Avropa İttifaqına (Aİ) üzv dövlətlərinin diplomatik missiyalarının rəhbərləri ilə görüşündə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib.

Bu barədə "Report" Ermənistan KİV-lərinə istinadən xəbər verir.

"Görüş zamanı Ermənistanla Azərbaycan arasında sülh prosesinə və regional hadisələrə xüsusi diqqət yetirilib. Eyni zamanda, Ermənistan-Aİ tərəfdaşlığı ilə bağlı müxtəlif məsələlərin və parlament səviyyəsində münasibətlərin dərinləşdirilməsinin ətraflı müzakirəsi aparılıb", - məlumatda bildirilib.

.