İsrailin keçmiş prezidenti Şimon Peres xəstəxanaya yerləşdirilib.
Yenizaman.az xarici KİV-lərə istinadən xəbər verir ki, onun xəstəxanaya aparılmasına səbəb insult keçirməsi şübhəsi olub. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.
Qeyd edək ki, ötən ildən etibarən Peres ən azı 3 dəfə xəstəxanaya yerləşdirilib.
