İsrailin sabiq prezidenti Şimon Peres vəfat edib. 

Yenizaman.az xəbər verir ki, bu barədə 93 yaşlı siyasətçinin oğlu Nehemiya Peres məlumat verib. 

"Bu gün böyük bir hüznlə biz atamızla – İsrailin 9-cu prezidenti ilə vidalaşırıq. Atamızın mirası gələcəkdir. Həmişə gələcəyə baxın və sülhə can atağa davam edin”, -deyə o bildirib. 

Xatırladaq ki, Peres sentyabrın 13-də insult keçirərək xəstəxanaya yerləşdirilib. 

.