Koreya Xalq Demokratik Respublikasının (KXDR) prezidenti Kim Çen In bacısı Kim Ye Çonu yeni vəzifəyə təyin edib. KXDR liderinn bacısı bundan sonra hakim Fəhlə Partiyasının 54-cü şöbəsinin rəhbəri postunda çalışacaq.
Buna qədər həmin vəzifə Şimali Koreya prezidentinin edam edilmiş bibisi əri Çan Son Thaekə həvalə olunmuşdu.
54-cü şöbə Koreya xalq ordusunu yanacaq, kömür, elektrik, geyim və digər ehtiyaclarla təmin etməkdən məsuldur. Hazırda Kim Ye Çon həmçinin Teson bankı, dəmiryol və tuzim layihələrinə də rəhbərlik edir.
.
