Şimali Koreya rəhbərliyi çəkilmiş daha bir filmə görə narahat olub. Kim Çen İn haqqında film çəkən "Sony" şirkəti kiber hücumlara məruz qalıb.
Bizimyol.info-nun məlumatına görə, hakerlər şirkətin çəkdiyi lakin hələ təqdim edilməmiş flimlər, işçilərin maaş və sığorta kodları kimi şəxsi məlumatları internetə sızdırıb. Şimali Koreya rəsmisi kiber hücumda rollarının olub-olmadığı haqqında suala "səbr edin, görəcəksiniz" deyərək cavab vermişdi.
KCNA rəsmi xəbər agentliyi isə bildirib ki, bu yerində bir etirazdır, lakin hökumətin bu kiber hücumda rolu yoxdur. Xəbərdə Kim Çen İn haqqında çəkilmiş filmin "böyük lider"in etibarını zədələdiyi də qeyd edilib.
Qeyd edək ki, bundan öncə "The Interview" adlı flim Şimali Koreya rəhbərliyini ayağa qaldırmışdı. Filmdə iki jurnalistin Şimali Koreya liderinə sui-qəsd planından bəhs edilirdi.
.