Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbçiləri demarkasiya xəttini pozub, nəticədə Cənubi Koreya əsgərləri xəbərdarlıq atəşi açıb.

Bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, demarkasiya xəttini təxminən 10-a yaxın Şimali Koreya əsgəri pozub.

Xəbərdarlıq atəşindən sonra onlar geri qayıdıblar.

"Biz şimali koreyalı hərbçilərin adddımarını diqqətlə izləyirik və əməliyyat prosedurlarına uyğun olaraq zəruri tədbirlər görürük", - Birləşmiş Qərargah Rəisləri Komitəsindən bildirilib.

.