Şimali Kipr Türk Respublikasının (ŞKTR) təhlükəsizlik qüvvələri və adada yerləşdirilən BMT sülhməramlıları arasında gərginlik baş verib.
Buna səbəb KKTC ərazisindən BMT sülhməramlıları nəzarət altında olan Yaşıl Xətt üzərindəki Pile kəndinə yolun çəkilməsi olub.
Belə ki, BMT sülhməramlıları yolun çəkilməsinə əngəl olmağa çalışaraq, ərazidə beton bloklar yerləşdirib. Nəticədə, tərəflər arasında qarşıdurma yaranıb.
KKTC xarici İşlər naziri Tahsin Ertuğruloğlu vəziyyəti şərh edərək, yol inşası layihəsinin dayandırılmaycağını açıqlayıb.
.
