Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə əməliyyatı davam edir.
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel indiyə qədər 237 nəfərin xilas edildiyini, 7 nəfərin öldüyünü açıqlayıb.
Qeyd edilib ki, 23 nəfərin axtarışı davam edir.
***
Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə əməliyyatı davam edir.
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel indiyə qədər 172 nəfərin xilas edildiyini, 6 nəfərin öldüyünü açıqlayıb.
Bu arada gəminin batmasına dair ilkin ehtimal məlum olub. Ünal Üstel bildirib ki, iki ardıcıl dalğa zərbəsindən sonra gəmiyə su dolmağa başlayıb.
Türkiyənin NTV telekanalının xəbərinə görə, gəmi öncə yan tərəfə yatıb, daha sonra isə tərsinə çevrilib. Gəmin çevrilməsinin sərnişinlərin bir qisminin göyərtədən çıxmasına da mane ola biləcəyi və məhz bu amilin qurbanların sayını artıra biləcəyi bildirilir.
***
Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə əməliyyatı davam edir.
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel xilasetmə işləri üçün bütün imkanların səfərbər edildiyini bildirib.
ŞKTC Baş naziri gəminin batması nəticəsində ölənlərin də olduğunu qeyd edib.
***
Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə işlərinə 1 vertolyot, Sahil Mühafizə Xidmətinin 4 qayığı cəlb edilib.
Bu barədə Türkiyənin NTX telekanalı məlumat yayıb.
Sahildəki özəl qayıqlar da xialsetmə əməliyyatında iştirak edir.
Şimali Kipr Türk Cümhuriyyəti ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı indiyə qədər 10 nəfərin xilas edildiyini bildirib.
***
Şimali Kiprin Girnə şəhəri yaxınlığında 260 nəfəri daşıyan sərnişin gəmisi batıb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, gəmi sahildən təxminən 4 mil (təxminən 6.44 kilometr) aralıda batıb.
Hazırda xilasetmə qrupları tərəfindən axtarış-xilasetmə işləri aparılır.
Hadisənin səbəbi və sərnişinlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.
.
