Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinə qar yağıb.

Qubanın rayon mərkəzində qarın hündürlüyü 3 sm, Xaltan və Qrız kəndlərində 2 sm olub.

Xızının Altıağac qəsəbəsində 11 sm, Qusarın rayon mərkəzində isə 2 sm qar müşahidə olunub.

Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 11 dərəcəyədək enib.

.