Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin binası qarşısında intihara cəhd baş verib.

Rayondakı mənbələrdən azadliq.info-ya bəlli olub ki, polis və məhkəmənin qanunsuzluğundan icra başçısına şikayət etmək istəyən Alar kəndindən Əliyevlər ailəsi zorakılıqla üzləşib. Buna görə də ailə üzvlərindən biri – Tərlan Əliyev özünü bıçaqla doğrayıb. Daha iki nəfər isə özünü yandırmaq istəyib, lakin ətrafdakılar onlara mane ola biliblər. Daha sonra şikayətçilər polis şöbəsinə aparılıblar.

Yaralı Tərlan Əliyev isə rayon xəstəxanasına yerləşdirilib.
.