Müğənni Sibel Can atası Engin Cangürənin onun yaşını 6 il böyütdüyünü iddia edərək məhkəməyə müraciət edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sənədlərdə 1964-cü il doğumlu olaraq göstərilən müğənni təvəllüdünün əslində 1970-ci il olduğunu bildirib.
 
"İstanbul Hüquq Məhkəməsi”ndə 1 ilə yaxındır ki, davam edən işə nəhayət bu gün hökm oxunub. İclasa qatılmayan ifaçını vəkili təmsil edib. 

Məhkəmənin qərarına əsasən, Sibel Canın doğum təvəllüdü 1 avqust 1970-ci il olaraq dəyişdirilib. .