“Ukraynada müharibənin arealının genişlənməsinə, eləcə də humanitar vəziyyətin ağırlaşmasına imkan verilməməlidir”.
Yenizaman-ın TASS-a istinadən xəbərinə görə, bunu Çin sədri Si Cinpin BRİKS ölkələrinin Kazan sammitində bildirib.
Çinin lideri deyib ki, maraqlı tərəflər regionda de-eskalasiya üçün səyləri artırmalıdır.
O, eyni zamanda mümkün müharibələrin qarşısını almaq üçün ümumi təhlükəsizlik konsepsiyasının vacibliyini vurğulayıb. Si Cinpinin sözlərinə görə, Afrika, Latın Amerikası, Karib hövzəsi və bir sıra Asiya dövlətlərinin dünya siyasətinə təsirinin artırılması üçün tədbirlər görülməlidir.
Qeyd edək ki, bir qədər əvvəl BRİKS-ə üzv dövlətlərin Ukrayna məsələsinə dair bəyanat qəbul edəcəyi açıqlanıb.
.