Amerikalı aktyor və model Sharliz Teron Cənubi Afrika respublikasında 1975-ci ildə anadan olub.
16 yaşlı Sharliz Teron anasının istəyi ilə modellik seçmələrinə qatılaraq birinci pillənin sahibi olub.Bir müddət sonra Teron artıq beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.
Teronu bu gün məşhur aktirisa və model kimi yox "Chelsea” klubunun böyük bir azarkeşi kimi tanıyacayıq. Klubun azarkeşi olaraq Teron komandanın bir çox görüşünü canlı olaraq stadiondan izləyir. Bununla kifayətlənməyən aktirisa "Chelsea” klubu ilə birlikdə Cənubi Afrikada yaşayan kimsəsiz uşaqlar üçün yardım toplayır və onların futbol öyənməkləri üçün kömək edir.
"Mən bir neçə dəfə balaca uşaqların konserva qutusunun arxasınca günlərlə qaçdığını görmüşəm. Onlar topun əvəzinə zibilin arxasınca qaçırdılar. Mən hər bir afrikalı uşağın profesional şəkildə futbolnan məşğul olmasını istəyirəm. Bu zaman onlar "Chelsea” "Milan” kimi əfsanə klublarda çıxış edə bilərlər” – deyə Teron bildirib.
.