Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın şimal-qərb bölgəsinə səfəri zamanı mədrəsələrə və məscidlərə dini ədəbiyyatlar payalayıb. Zaqatalaya gedən A. Paşazadə bölgədəki dini icmaların nümayəndələrinin iştirakı ilə zona müşavirəsi keçirib. Daha sonra Şeyx Balakən rayonuna yollanıb. «ANS PRESS»in bölgə müxbirinin verdiyi məlumata görə, Bütün Qafqazın Şeyxi Zaqatalada dini təriqətlərin aktivliyini nəzərə alaraq, din xadimlərini ehtiyatlı olmağa çağırıb. Hacı Allahşükür Paşazadə din xadimlərinə bölgədə dini təbliğatı gücləndirməyi və verilən ədəbiyyatların vətəndaşalara paylanmasını tapşırıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bundan başqa şimal-qərb bölgəsinə səfəri zamanı yardım həyata keçirib. Zaqatalada baş verən son zəlzələdən sonra zərərçəkən ailələrə 10 min manat miqdarında yardım edib. Azərbaycanın kifayət qədər həssas bölgəsi sayılan şimali-qərb regionu dövlətin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Elə bu baxımdan şeyxin bu bölgəyə səfəri maraq doğurmaya bilməz.
.
