Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfərə yola düşür.
ANS PRESS-in Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər noyabrın 22-də olacaq. Səfərdən məqsəd 2014-cü il noyabrın 23-24-də İranın Qum şəhərində «Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında» mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etməkdir.
Qum Elmi Mərkəzində nüfuzlu din xadimi Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin təşkilatçılığı ilə keçirilən aktual mövzuya həsr olunmuş, tanınmış İslam alimlərinin iştirak edəcəyi mötəbər tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri məruzə ilə çıxış edəcək.
.