Bu gün Sumqayıt Apelyasiya Məhkəməsində "Azadlıq” qəzetinin əməkdaşı, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Yenizaman.az saytının verdiyi məlumata görə, prosesə hakim Nazim Mövsümov sədrlik edib.
Prosesdə Seymur Həzinin ev dustaqlığına, yaxud girov müqabilində azadlığa buraxılması ilə bağlı şikayəti təmin edilməyib.
S.Həzinin məhkəməyə gətirilməsi ilə bağlı vəsatət qaldırılıb. Lakin vəsatət təmin edilməyib.
.