Makedoniyada şəxsi təyyarə qəzaya uğrayıb. 

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Piper” markalı təyyarə ötən gün radardan itib. Məlumata görə, Skopye yaxınlığında qəzaya uğrayan təyyarə alışmağa başlayıb. Hadisə yerinə xilasedicilər cəlb olunub. Lakin təyyarənin çətin əl çatan yerdə qəza etdiyi bildirilir. 

Qeyd edək ki, təyyarənin göyərtəsində 6 nəfər olub: heyət üzvü və sərnişinlər. Onlardan 4-ü İtaliya vətəndaşı, 2-si isə Kosovo sakinidir. Onların öldüyü ehtimal edilir.

.