Samux rayonunda intihar hadisəsi baş verib.
Rayonun Çobanabdallı kənd sakini 1991-ci il təvəllüdlü Fuad Mərdanov yaşadığı evin həyətində özünü asıb. Atası onu xəstəxanaya çatdırsa da, 25 yaşlı oğlanı xilas etmək mümkün olmayıb.
Məlumata görə, F. Mərdanov sevdiyi qızdan rədd cavabı aldığına görə intihar edib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
APA.az
.
