
Sevda Yahyayeva avqust ayında növbəti solo konsertini verməyə hazırlaşır.
Gecə-gündüz fərqli performans göstərmək üçün çalışan müğənni bu il də sevənlərinə konsertində süprizlər vəd etdi. Yahyayeva "A24.az”a yeni konserti haqda məlumat verdi:
"Özümü xoşbəxt müğənni hesab edirəm. Neçə illərdir, məni sevən insanların qarşısında solo konsertlərimlə çıxış edirəm. İndi hazırlaşıram daha maraqlı və fərqli konsert proqramı ilə çıxış edim. Konsert proqramı "KEvents group”un rəhbərliyi və təşkilatçılığı ilə baş tutacaq. Artıq neçə aylardır ki, bu konsert proqramına hazırlaşıram. Sevilən bəstəkarımız İsmayıl Əsədovun topladığı musiqi orkestri ilə birlikdə canlı musiqi səsləndiriləcək. Səhnədə mənimlə birlikdə rəqqaslar da çıxış edəcək.
Bu il də ənənəyə sadiq qalaraq 20-dən çox mahnı oxuyacağam. Odur ki, gecə-gündüz komanda şəklində çalışıram ki, tamaşaçı razı qalsın. Geyimlərim daima fərqli olub. Bu il də fərqli və yeni səhnə geyimlərində çıxış edəcəyəm. Aparıcı dostlarıma təşəkkür edirəm ki, dəvətimi qəbul edib konsertlərimdə yanımda olublar.
Konsertin aparıcısı haqda danışmaq istəmirəm. Konsert haqda ümumi detalları açıqlamaq istəmirəm, inanıram ki, konsertə gələnlər zamanını əyləncəli, musiqili və maraqlı keçirəcək.”
.