
Səudiyyə Ərəbistanından gələn dörd turist Qəbələ rayonunda qəzaya düşüb, onlardan birinin vəziyyəti ağırdır.
Hadisə Qəbələnin Laza kəndində baş verib.
Bildirilib ki, kvadrosikllərin toqquşması nəticəsində Səudiyyə Ərəbistanından olan dörd turist – üç qadın, bir kişi) xəsarət alıb.
Qəza zamanı ağır xəsarət alan qadınlardan birinin Bakıya göndərilməsi planlaşdırılır.
.