Səudiyyə Ərəbistanının cənub-qərbində Cizan əyalətindəki xəstəxanada gecə saatlarında baş verən yanğın nəticəsində 25 nəfər ölüb.
Yenizaman.az TASS-a istinadən xəbər verir ki, bu haqda yerli Mülki Müdafiə Xidməti məlumat yayıb.
Məlumata görə, yanğın nəticəsində yaralananların sayı 107 nəfərə çatıb.
Yaralılar yaxınlıqdakı xəstəxanaya köçürülüb.
Yanğının baş verməsinin səbəbləri araşdırılır.
.