Səudiyyə Ərəbistanında əxlaqsız hərəkətlərə görə 50-dən çox adam saxlanılıb.

Bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

“Masaj salonlarında əxlaqsız hərəkətlərə, qadın və uşaqları küçə dilənçiliyinə məcbur etdiklərinə görə onlarla əcnəbi həbs edilib”, - məqalədə deyilir.

Nəşr iddia edir ki, saxlanılan şəxslər xüsusilə fahişəlik və dilənçilikdə ittiham olunurlar.

“İctimai əxlaq haqqında” Qanun 2019-cu ildə qəbul edilib, lakin vəliəhd şahzadə Məhəmməd bin Salmanın göstərişi ilə bu yaxınlarda əxlaqsız hərəkətlərlə mübarizə üzrə xüsusi bölmə yaradılıb.

.