Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Yunanıstanın birgə keçirdiyi hərbi təlimə münasibət bildirib.

Jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib ki, Səudiyyə Ərəbistanının Yunanıstanla birgə hərbi təlim keçirməsi onları məyus edib.

“Bu məsələni Səudiyyə Ərəbistanının rəsmiləri ilə ayrılıqda müzakirə edəcəyik. Bu, belə olmamalı idi, olmamalıdır”, - deyə qeyd edib.

.