Səudiyyə Ərəbistanı Rusiyadan Suriyada başladığı hərbi əməliyyatları dayandırmasını tələb edib.
Avropa.info xəbər verir ki, bu açıqlama ilə səudiyyəli diplomat Abdulla əl Mütəllim televiziyada çıxış edib. O, deyib ki, Rusiya aviasiyasının bombaladığı ərazilərdə İŞİD döyüşçüləri yoxdur.
"Səudiyyə Ərəbistanı rus ordusunun İŞİD silahlılarının olmadığı Homs və Həmada keçirdiyi hərbi əməliyyatlardan dərin narahatdır. Bu hücumlar dinc əhali arasında xeyli itkilərə gətirib. Biz hücumların dayandırılmasını və bir daha təkrarlanmamasını tələb edirik”.
.
