"İndipendent” qəzetinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı kralı Məlik Abdullahın diktaturası öz övladlarından belə yan ötməyib. O, 42 yaşlı Səhər, 38 yaşlı Cəvahir, 41 yaşlı Məha və 39 yaşlı Halə adlı 4 qızını 13 ildir ki, qəfəsdə saxlayır. Onlardan 2-si qızılı qəfəsdə, başqa ikisi isə digər qəfəsdə saxlanılırlar. Qızlarla hər cür əlaqə yaratmağa qəti qadağa qoyulsa da onlardan ikisi özləri haqda Livanın "Sunday Times” qəzetinə məlumat ötürə biliblər. Məlumatda qeyd olunur ki, atamız 2002-ci ildə İordaniyada səfərdə olarkən anamızı boşadı. Vətənə qayıtdıqdan sonra isə bizi öz yanında saxladı. Anamız da Londona köçdü. Hazırda psixi problerlə üzləşən bacılar olduqca ağır durumda həyat sürürlər. Anaları Əl-Ənvəd Əl-Faizin səylərinə baxmayaraq qızları bu müsibətdən qurtarmaq mümkün olmayıb.
.