Rusiyanın təcrid olunması üçün tərəfdaşlarına təsir davam edir.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin iclasında deyib.
Onun sözlərinə görə, ABŞ və kollektiv Qərb şantaj və dezinformasiyadan istifadə edərək müstəqil ölkələrə misli görünməmiş təzyiq göstərir.
Şoyqu bildirib ki, ŞƏT-in yeni güc mərkəzi kimi rolu təlatümlü beynəlxalq vəziyyət fonunda artır: "ŞƏT ölkələrində, eləcə də bütövlükdə dünyada təhlükələr güclənir, lokal böhranlar səngimir, yeni ciddi çağırışlar meydana çıxır" .
Rusiya MN başçısı ŞƏT-ə üzv dövlətlərin regional və qlobal təhlükəsizlik problemlərinin həllində müstəqil kursunun bütün dünya üçün nümunə olduğunu vurğulayıb: "Koalisiya təhlükəsizliyi məsələlərini müzakirə etmək üçün dekabr ayında dost ölkələrin, o cümlədən ŞƏT və MDB-yə üzv ölkələrin müdafiə nazirlərinin görüşünün keçirilməsi təklif edilir".
.
