
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin liderləri 2030-cu ilə qədər enerji əməkdaşlığının inkişafı strategiyasının həyata keçirilməsi üçün yol xəritəsini təsdiqləyiblər.
Bu barədə təşkilətın Dövlət Başçıları Şurasının 25-ci iclasının yekunları üzrə qəbul edilmiş Tianjin Bəyannaməsində qeyd edilib.
“ŞƏT Dövlət Başçıları Şurasının dayanıqlı enerjinin inkişafı ilə bağlı bəyanatı qəbul edilib və 2030-cu ilə qədər ŞƏT-ə üzv dövlətlərin enerji əməkdaşlığının inkişafı strategiyasının həyata keçirilməsinə dair yol xəritəsi təsdiq edilib”, - sənəddə deyilir.
Qeyd edək ki, bu gün Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları Şurasının 25-ci iclası keçirilir. Sammitə 21 ölkədən liderlər və 10-dan çox beynəlxalq təşkilat qatılıb.
.